“Azərbaycanla oyunlar göstərdi ki...”
03.07.2014 - 10:17
“Azərbaycanla oyunlar göstərdi ki...”

“Azərbaycan yığması ilə oyunlarda nail olduqlarımızdan məmnunam. Xüsusilə də 3 setdə qalib gəldiyimiz ilk qarşılaşma məni razı saldı”. Apasport.az saytının məlumatına görə, bu sözləri kişi voleybolçulardan ibarət Monteneqro millisinin kapitanı Vojin Çaçits deyib.

 

O bildirib ki, Avropa Liqasının Azərbaycan yığması ilə qarşılaşmaları komandanı daha da ruhlandırıb: “Belə asan qələbədən sonra arxayınlaşmayıb ikinci görüşü yüksək səviyyədə keçirmək çətin idi. Amma biz daha asan qələbə qazandıq. Azərbaycanla oyunlar göstərdi ki, bizim komanda inkişafdadır. Qarşıda bizi Yunanıstanla görüşlər gözləyir. Onlar 3-cü pillədə qərarlaşdığından xallara ehtiyacları var. Lakin Azərbaycanla matçlardakı kimi yüksək səviyyəli oyun göstərməliyik”.

 

Qeyd edək ki, balkanlılar millimizlə hər iki matçda 3:0 hesabı ilə qalib gəlmişdi.