“Azərreyl”dən kənarlaşdırılan voleybolçu karyerasını bitirməyə qərar verdi
17.01.2014 - 14:50
Hollandiya millisinin tanınmış voleybolçusu Karolina Vensink karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, bunu son mövsümünü “Azərreyl”də (indiki “Azəryol”) keçirən 30 yaşlı blokçunun özü açıqlayıb.
O bildirib ki, zədəsi kifayət qədər ciddidir və meydana qayıtması heç də asan olmayacaq. Yaşının da qərarında rol oynadığını deyən Vensink gənc nəslə uğur da arzulayıb.
Qeyd edək ki, ötən il Bakı təmsilçisinin heyətində zədələnən və mövsümün gedişində komandadan kənarlaşdırılan Vensinkin ən böyük uğuru dünya Qran-prisinin qızıl medallarıdır.
0
0