Qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsində “Azərreyl” (Azərbaycan) – “Uraloçka” (Rusiya) oyununun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 1:3 hesabı ilə uduzduğu görüşün qəhrəmani İrina Zaryajko olub.
“Uraloçka”nın voleybolçusu “Azərreyl”dən nə az, nə çox – 22 xal almağı bacarıb. Təmsilçimizin heyətində isə vahid lider olmayıb. Anastasiya Qrubanova ilə Katerina Jidkovanın hərə 14 xal yığdığı matçda Ayşən Abduləzimova 13, Qvendolin Ruker 8, Dusanka Kariç 5 və Lora Kitipova 4 xalla komandasına töhfə verib.
Qeyd edək ki, cavab matçı yanvarın 22-də səfərdə olacaq.
“Azərreyl”in “qənimi” bilindi
16.01.2014 - 09:32
0
0