“Azərreyl”in qənimi evdə məğlubiyyətə üzüldü
25.02.2014 - 19:55
Qadın voleybolçular arasında CEV kubokunun yarımfinal mərhələsinin ilk görüşlərindən biri yekunlaşıb. Apasport.az saytının məlumatına görə, Rusiyada baş tutan oyunda yerli “Uraloçka” gözlənilmədən məğlubiyyətə üzülüb.
1/4 finalda “Azərreyl”i mübarizədən kənarlaşdıran Nikolay Karpolun yetirmələri Almaniya “Dresdner”i ilə bacarmayıblar - 2:3 (26:28, 25:15, 20:25, 25:22, 7:15). Ruslar növbəti matçlarına martın 1-də səfərdə çıxacaqlar.
Qeyd edək ki, digər yarımfinal cütünün ilk oyununda “Azəryol” “Fənərbaxça” ilə qarşılaşır. Hazırda rəqib 2:0 hesabı ilə öndədir.
0
0