“Azəryol” növbəti transferini rəsmiləşdirdi
09.06.2014 - 09:31
“Azəryol” növbəti transferini rəsmiləşdirdi

“Azəryol” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, yeni mövsümdən Aleksandr Çervyakovun çalışdıracağı Bakı təmsilçisi yığmamızın liberosu Ceyran Əliyeva ilə müqavilənin müddətini uzadıb.

 

Belə ki, 2013/2014 mövsümünün gedişində “Azərreyl”dən “Azəryol”a transfer olunan 19 yaşlı voleybolçu bu komandada qalmağı üstün tutub. Klubun əsas liborosu olan Əliyeva 1 illik müqaviləyə imza atıb.

 

Bununla da “Azəryol”dakı yığma oyunçularımızın sayı 4-ə çatıb. Komanda rəhbərliyi ondan öncə Oksana Parxomenko, Odina Əliyeva və Anastasiya Qurbanova ilə də razılıq əldə edib.

 

Qeyd edək ki, Super Liqanın gümüş medalçısı, həmçinin serbiyalılar Yovana Brakoçeviçlə Yelena Nikoliç, braziliyalı Andressa Pikussa və bolqarıstanlı Lora Kitipova ilə müqavilə bağlayıb.