“Azəryol”u bəyənməyib, “Fənərbaxça” ilə müqavilə bağladı
05.05.2014 - 13:03
ABŞ millisinin voleybolçusu Kristin Riçardsın (Hildebrand) “Azəryol”a keçidi baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, 29 yaşlı hücumçu yenidən Azərbaycanda oynamaq təklifinə “yox” cavabı verib.
Belə ki, Bakı təmsilçisinin heyətində görmək istədiyi oyunçu artıq son qərarını verib. Riçards Türkiyənin “Fənərbaxça” klubu ilə razılığa gələrək, rəsmi müqaviləyə imza atıb.
Qeyd edək ki, son ili Braziliyanın “Kampinas” komandasında keçirən amerikalı 2011/2012 mövsümündə “Lokomotiv”də oynayıb.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO
0
0