“Azəryol” voleybol klubunun baş məşqçisinin adı bəlli olub. Apasport.az saytının əldə etdiyi məlumata görə, komandanı yeni mövsümdə Aleksandr Çervyakov çalışdıracaq.
Ötən mövsüm “Azərreyl”də işləmiş mütəxəssislə danışıqlar artıq yekunlaşıb.
Onun qarşısında əsas məqsəd kimi Super Liqada və Çempionlar Liqasında uğur qazanmaq hədəfi qoyulub. Bunun müqabilində isə komanda rəhbərliyi lazımı oyunçuları transfer edəcəyini, güclü heyət quracağını deyib. Onun köməkçisinin isə əcnəbi olacağı istisna edilmir.
Qeyd edək ki, “Azəryol” ötən mövsümün sonunda braziliyalı Ancelo Vercesi ilə vidalaşdıqdan sonra bu post boş qalmışdı. Çervyakov isə sabiq “Azərreyl”də Faiq Qarayevin köməkçisi kimi bir sıra uğurlar qazanıb.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO