“Azəryol”un qənimi Avropanın ən güclüsüdür
31.03.2014 - 08:41
“Azəryol”un qənimi Avropanın ən güclüsüdür

Qadın və kişi voleybolçular arasında CEV kubokunun qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Avropanın ikinci dərəcəli klub turnirinin ən güclüsü Türkiyə və Fransa təmsilçiləri olublar.

 

Belə ki, zəriflərin mübarizəsində fəxri kürsünün ən yüksək pilləsinə “Fənərbaxça” klubu qalxıb. Onlar final mərhələsinin hər 2 qarşılaşmasında Rusiya “Uraloçka”sından güclü olublar.

 

Kişi voleybolçuların yarışında isə “Paris Volley” qızıl medala yiyələnib. Onlar səfərdə 0:3 hesabı ilə uduzduqları “Quberniya”ya evdə 3:1 hesabı ilə qalib gələrək, matçı Qızıl setə daşıyıblar. Həlledici hissəni isə 15:11 hesabı ilə xeyirlərinə bitiriblər.

 

Qadınlar

“Uraloçka” (Rusiya) – “Fənərbaxça” (Türkiyə) – 2:3 (16:25, 17:25, 25:20, 25:23, 9:15)

“Fənərbaxça” (Türkiyə) – “Uraloçka” (Rusiya) – 3:0 (25:11, 28:26, 25:22)

 

Kişilər

“Quberniya” (Rusiya) – “Paris Volley” (Fransa) – 3:0 (25:15, 25:18, 25:21)

“Paris Volley” (Fransa) – “Quberniya” (Rusiya) – 3:1 (25:23, 23:35, 25:21, 25:19)

Qızıl set: 15:11

 

Qeyd edək ki, Azərbaycan bu mövsüm CEV kubokunda qadınların yarışında təmsil olunub. Lakin “Lokomotiv”lə “Azərreyl” 1/4, “Azəryol” (Çempionlar Liqasında 3-cü olduğu üçün bu yarışda qüvvəsini sınayıb) isə 1/2 finalda mübarizəni dayandırıb. Son 2 klubumuz isə finalçılara uduzub. “Azərreyl” “Uraloçka”, “Azəryol” “Fənərbaxça” səddini aşa bilməyib.