“Azəryol”un qənimi Çempionlar Liqasından çəkildi
19.05.2014 - 11:09
“Azəryol”un qənimi Çempionlar Liqasından çəkildi

2 komanda qadın voleybolçular arasında Çempionlar Liqasında mübarizə aparmaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, İtaliya çempionu “Pyaçentsa”nın ardınca, yarımfinalçı “Konegliano” da qitənin ən nüfuzlu klub turnirindən çəkilməyə qərar verib.

 

Komanda rəhbərliyi bunu maliyyə problemi ilə izah edərək, CEV kubokunda yarışacaqlarını açıqlayıb.

 

Qeyd edək ki, Çempionlar Liqasının ötən mövsümündə Konegliano” “Azəryol”la eyni qrupda yer almışdı və komandamızı qabaqlayaraq, mərhələ adlamışdı.