“Bakı klubu ilə matçda adımızı qorumaq istəyirik”
20.01.2014 - 16:27
“Bakı klubu ilə matçda adımızı qorumaq istəyirik”

“Komandamız hər oyuna nə qədər gözəl hazırlaşdığını bir daha sübut etdi. Ötən həftə Bakıda çətin bir avrokubok matçı keçirdik, ardınca “Qalatasaray”la üz-üzə üz-üzə gələrək qələbə seriyamızı davam etdirdik”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Vakıfbank” voleybol klubunun baş məşqçisi Covanni Quidetti deyib.

 

Təcrübəli mütəxəssis Çempionlar Liqasının I pley-off mərhələsində “İqtisadçı” ilə cavab matçı öncəsi fikirlərini açıqlayıb. Ötən həftə ilk görüşdə Bakı təmsilçisinə, 3 gün sonra isə Superliqada “Qalatasaray”a qalib gələn Quidetti bildirib ki, hədəfləri məğlubiyyətsiz oyunlar seriyasını davam etdirməkdir: “Qarşıda yenə bizi “İqtisadçı” ilə matç gözləyir. Superliqadakı oyunumuzdan sonra onlarla görüşün hazırlıqlarına başlamışıq. Həmin qarşılaşmada da hədəfimiz adımızı qorumaqdır. Çünki bu yolda hər matçı ayrı-ayrı düşünürük”.

 

Qeyd edək ki, “Vakıfbank” artıq 72 oyundur uduzmur. “İqtisadçı” ilə cavab görüşü isə yanvarın 22-də olacaq.