“Bizi “Rabitə” ilə çətin və maraqlı oyun gözləyir”
06.03.2014 - 15:08
“Bizi “Rabitə” ilə çətin və maraqlı oyun gözləyir”

“Ölkə çempionatında yaranan fasilənin bizə köməyi olacaq. Fiziki hazırlığı daha yüksək səviyyəyə qaldırmaq üçün vaxtımız yaranıb. Eyni zamanda, “Dördlər finalı”na yaxşı hazırlaşacağıq”. Apasport.az saytının məlumatına görə, bunu Kazan “Dinamo”sunun voleybolçusu Antonella Del Kore deyib.

 

İtaliyalı Avropa çempionu Rusiya Superliqasının XV turunda “Fakel”ə qalib gəldikləri oyundan (3:0) sonra Bakıda keçiriləcək “Dördlər finalı” ilə bağlı fikirlərini açıqlayıb. Kore bildirib ki, martın 15-16-da “Kristal Hall”da baş tutacaq həlledici mərhələyə artıq hazırdırlar: “Rabitə” haqda düşünmürəm. Mənim daha çox öz komandam, onun necə oynayacağı maraqlandırır. Düşünürəm ki, “Dördlər finalı”na hazırıq. “Rabitə” əla komandadır, lakin “Dinamo” da çox güclüdür. Əminəm ki, bizi çətin və maraqlı oyun gözləyir”.

 

Qeyd edək ki, “Rabitə” və “Dinamo” yarımfinalda qarşılaşacaqlar.