“Bu qələbə bizə çox vacib idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Yaponiya yığmasının baş məşqçisi Masayaşi Manabe deyib.
Təcrübəli çalışdırıcı İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatının III oyununda Kuba yığmasını 0:3 (29:25; 24:26, 23:25) hesabı ilə məğlub etmələrinı şərh verib: “Biz eyni şəkildə növbəti oyunlara da hazırlaşırıq. Sabah (bu gen) oyunlarda istirahət olacaq. Biz də bundan istifadə edib, gücümüzü toplayacağıq. Şənbə günü baş tutacaq qarşılaşmada diqqətli olmalıyıq”.
Qeyd edək ki, İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatının I turunda millimiz Yaponiya yığmasını (3:2) hesabı ilə məğlub etmişdi.