Avropa Liqasında uğursuz çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi yarışı qələbə ilə başa vurma iddiasındadır. Apasport.az saytının məlumatına görə, keçirdiyi 6 görüşdə cəmi 1 xal toplayan yığmamız həftəsonu Polşa ilə baş tutacaq qarşılaşmalara böyük ümidlər bəsləyir.
Bunu komandanın baş məşqçisi Leonardo Sille Tabares açıqlayıb. Mütəxəssis artıq sonuncu olacağı rəsmiləşən komanda üçün təsəlli qələbəsinin dəyərindən danışıb: “Polşa üzərində qələbə bizim üçün çox vacibdir. Bizim komanda Bakıdakı son oyunlarda yaxşı çıxış etməyə çalışacaq. Hər iki matçı udmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, yığmamızın Polşa ilə oyunları iyulun 4-5-də keçiriləcək.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO