“Çox şey püşkdən asılıdır”
28.06.2014 - 13:28
“Çox şey püşkdən asılıdır”

Polşanın “Ximik” klubunun baş məşqçisi Cüzeppe Kuçarini qadın voleybolçular arasında Çempionlar Liqasının püşkatmasının nəticələrindən narazı qalıb. Apasporrt.az saytının məlumatına görə, Rusiyanın “Dinamo” (Kazan), Azərbaycanın “Rabitə” və Çexiyanın “Agel” klubları ilə eyni qrupda yer almaları italiyalı mütəxəssisi narazı salıb.

 

Kuçarini püşkün nəticələrini qısa şərh edib və şanslarının aşağı olduğunu gizlətməyib: “Çempionlar Liqasında çox şey püşkdən asılıdır. Güclü rəqiblərlə eyni qrupa düşmüsənsə, deməli mərhələ adlamaq şansın çox azdır. Biz isə belə qrupdan çıxmaya da bilərik”.