“Dinamo” Bakıya gəlir
15.10.2014 - 13:41
“Dinamo” Bakıya gəlir

Qadın voleybolçulardan ibarət Krasnodar “Dinamo”su bu gün Bakıya gələcək. Apasport.az satının məlumatına görə, Rusiya təmsilçisi paytaxtımızda “Azəryol”la 1 həftəlik birgə hazırlıq keçəcək.

 

Təlim-məşq toplanışı zamanı komandalar 2 sınaq görüşündə də güclərini yoxlayacaqlar. Bu matçlardan 1-i oktyabrın 19-na, digəri 21-nə təsadüf edəcək.

 

Ardınca təcrübəli mütəxəssis Konstantin Uşakovun rəhbərlik etdiyi “Dinamo” Rusiya Super Liqasının I turunda oynamaq üçün Bakıdan Kazana yollanaraq, həmklubları ilə qarşılaşacaq. 

0