“Dördlər finalı” ilə bağlı daha bir yenilik
26.02.2014 - 12:42
“Dördlər finalı” ilə bağlı daha bir yenilik

Qadın voleybolçular arasında Bakı keçiriləcək “Dördlər finalı”nın rəsmi saytı fəaliyyətə başlayıb. Yarışın Təşkilat Komitəsindən apasport.az-a verilən məlumata görə, həlledici mərhələni f4volleybaku.com portalından izləmək mümkün olacaq.

 

Azərbaycan və ingiliscə fəaliyyət göstərən saytda Azərbaycan, yarış və iştirakçılar barədə ətraflı məlumatlar yer alıb. Bununla yanaşı, turnirlə bağlı gündəlik xəbərlər də saytda əksini tapacaq.

 

Qeyd edək ki, “Dördlər finalı” martın 15-16-da olacaq. Yarışın ilk günü yarımfinalda “Rabitə” “Dinamo” (Rusiya, Kazan) ilə, “Vakıfbank” “Əczaçıbaşı” (hər iksi Türkiyə) ilə qarşılaşacaq. Ertəsi gün isə qitənin ən güclü klubunun adı bilinəcək.