“Dördlər finalı” iştirakçıları Bakıya nə vaxt gəlir?
12.03.2014 - 10:51
“Dördlər finalı” iştirakçıları Bakıya nə vaxt gəlir?

Qadın voleybolçular arasında Bakıda keçiriləcək “Dördlər finalı”nın iştirakçılarının ölkəmizə gələcəyi tarix dəqiqləşib. Yarışın Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, paytaxtımıza birinci Türkiyənin “Əczaçıbaşı” klubu təşrif buyuracaq.

 

İstanbullular Bakıya gətirəcək təyyarə bu gün saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək.

 

Ardınca bu komandanın yarımfinaldakı rəqibi “Vakıfbank” paytaxta ayaq basacaq. Çempionlar Liqasının son qalibinin sabah gələcəyi bilinsə də, Bakıya saat neçədə çatacağı dəqiq göstərilməyib.

 

“Dördlər finalı”nın son iştirakçısı, yarımfinalda “Rabitə” ilə üz-üzə gələcək Kazan “Dinamo”su da martın 13-də ölkəmizdə olacaq. Rusiya çempionu saat 15:10-da Bakıya çatacaq.

 

Qeyd edək ki, “Dördlər finalı” martın 15-16-da “Kristal Hall”da keçiriləcək. 

0