“Elfsborq”un baş məşqçisi: “İnter”i təhlil edəcəm
24.06.2014 - 09:53
“Bizim üçün əsas “Tiraspol” – “İnter” oyunlarının nəticələrini gözləməkdir. Hər iki klub öz ölkəsində güclülərdəndir”. Apasport.az xəbər verir ki, bunu İsveçin “Elfsborq” komandasının baş məşqçisi Yanne Mian deyib.
Avropa Liqasının püşkünü dəyərləndirən 48 yaşlı mütəxəssis bildirib ki, bu iki komandadan hansının onlara rəqib olduğunu demək çətindir: “Hansı komandanın bizə rəqib olacağını deyə bilmərəm. Amma indidən hər ikisini təhlil etməyə çalışacağam. Bizim üçün sevindirici hal odur ki, onların Avroliqanın ilk təsnifat mərhələsindəki oyunlarını izləmək imkanımız olacaq”.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO
0
0