“Ən düzgün seçim edib, Bakı klubuna üstünlük verdim”
19.05.2014 - 09:38
“Ən düzgün seçim edib, Bakı klubuna üstünlük verdim”

“Rabitə əla komandadır. Bu klub çox iddialıdır. Qarşıdakı mövsümdə bacardıqca çox titul qazanmağa çalışacaq”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin yeni transferi Françeska Ferretti deyib.

 

30 yaşlı italiyalı toppaylayıcı Azərbaycan çempionu ilə 1 illik müqavilə bağlamasına münasibət bildirib: “Əminəm ki, ən düzgün seçim edim, Bakı klubuna üstünlük verdim. Bu mənim ölkə xaricində oynayacağım ilk komanda olacaq”

 

Ferretti son 2 mövsümdə oynadığı və hazırda tarixin yaddaşına köçməyə “hazırlaşan” sabiq komandasının halına acıdığını da etiraf edib: “Pyaçentsa”nın maliyyə böhranı ilə üzləşməsi İtaliya voleyboluna növbəti böyük bir zərbədir. Mən 2 ilimi bu komanda keçirdim və fantastik bir komanda olduğunu deməliyəm. Amma təəssüf ki, onlar Çempionlar Liqasında və A seriyasında oynamaqdan artıq imtina ediblər”.