“İqtisadçı” bu mövsüm çox yaxşı formadadır və vacib nəticələrə imza atıblar. Biz Çempionlar Liqasının son qalibi kimi meydana çıxaraq, ikinci görüş üçün üstünlük əldə etmək istəyirik”. Apasport.az saytının məlumatına görə, bu fikirlər Türkiyənin “Vakıfbank” voleybol klubunun baş məşqçisi Covanni Quidettiyə məxsusdur.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının “İqtisadçı” ilə oyunları haqda danışıb. Quidettinin sözlərinə görə, I pley-off mərhələsinin hər 2 matçında diqqətli olmalıdırlar: “Pley-off mərhələsinin həmişə 2 matç olduğunu yaxşı bilirik. Əlbəttə, Bakıdakı oyun əhəmiyyətlidir. Amma cütün taleyini İstanbuldakı görüşdə həll edəcək. Bunun üçün də əvvəlcə Azərbaycanda, ardınca Türkiyədə qalib gələrək “Dördlər finalı”na 1 addım da yaxınlaşmağı hədəfləyirik”.
Qeyd edək ki, “İqtisadçı” – “Vakıfbank” oyunu bu gün saat 18:00-da başlayacaq.
“Əvvəlcə Azərbaycanda, ardınca Türkiyədə qalib gəlmək istəyirik”
16.01.2014 - 11:12
0
0