“Əvvəlkindən daha yaxşı çıxış etmək iddiasındayıq”
10.11.2014 - 16:24
“Əvvəlkindən daha yaxşı çıxış etmək iddiasındayıq”

“Ardıcıl 3-cü mövsüm “Rabitə”də çıxış etdiyim üçün xoşbəxtəm. Ən yaxşı nailiyyətlər qazanmaqda komandam üçün əlimdən gələni verməyə hazıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rabitə”nin voleybolçusu Aurea Kruz deyib.

 

Klubunun kapitanı olan puerto-rikolu legioner Çempionlar Liqasının startı öncəsi mövsümlə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, qitənin ən nüfuzlu klub turnirinin qalibi olmaq üçün bütün bacarıqlarını ortaya qoyacaqlar: “Həqiqətən də komandama inanıram. Əvvəlki illərdə qazandığımız nəticələrdən daha yaxşı çıxış etmək iddiasındayıq. Hamımız birlikdə bunun üçün çalışırıq”.