“Fənərbaxça” “Azəryol”la oyun öncəsi gücünü göstərdi
24.02.2014 - 11:00
Qadın voleybolçular arasında Türkiyə Superliqasında XVIII turun matçları oynanılıb. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində CEV kubokunda “Azəryol”un rəqibi “Fənərbaxça” “Halkbank”ı qəbul edib.
Qarşılaşma İstanbul təmsilçisinin asan qələbəsi ilə yekunlaşıb – 3:0 (25:21, 25:16, 25:10). Bu qələbədən sonra aktivindəki xalların sayını 50-yə çatdıran “Fənərbaxça” turnir cədvəlində liderliyini qoruyub.
Qeyd edək ki, “Fənərbaxça” “Azəryol”la sabah qarşılaşacaq. CEV kubokunun yarımfinalına təsadüf edəcək duelin ilk qarşılaşması İstanbulda olacaq.
0
0