[b]“Fənərbaxça” Azərbaycan çempionu ilə anlaşdı [/b]
03.05.2014 - 12:12
[b]“Fənərbaxça” Azərbaycan çempionu ilə anlaşdı [/b]

Növbəti mövsümdən CEV Çempionlar Liqasında mübarizə aparacaq “Fənərbaxça” heyətinə yeni voleybolçu cəlb edib. Apasport.az saytının xəbərinə görə, İstanbul təmsilçisi “Qalatasaray”dan Madeleyne Montananı heyətinə qatıb.

 

Qeyd edək ki, 1,85 sm boya malik kolumbiyalı voleybolçu Azərbaycanda da oynayıb. O, “Rabitə”nin heyətində ölkə çempionu, Çempionlar Liqasının finalçısı və bombardiri olub.

 

Ötən ilin yayında “Rabitə”dən ayrılan Montana “Qalatasaray”a transfer olunmuşdu.