“Fənərbaxça” Bakı klubu ilə oyunun tarixini açıqladı
17.02.2014 - 11:35
Qadın voleybolçular arasında CEV kubokunun 1/2 final mərhələsində “Azəryol”un ilk oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Ancelo Vercesinin yetirmələri fevralın 25-də “Fənərbaxça” qonağı olacaqlar.
Burhan Fələk Voleybol Salonunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, “Azəryol” – “Fənərbaxça” matçının tarixi hələ müəyyənləşməyib. Bakı klubu cavab görüşünü martın 1-də və ya 2-də keçirməlidir.
0
0