“Fənərbaxça”nın Bakıda oynayacağı gün bilindi
18.02.2014 - 11:46
“Fənərbaxça”nın Bakıda oynayacağı gün bilindi

Qadın voleybolçular arasında CEV kubokunun 1/2 finalında “Azəryol”un ev oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Türkiyənin “Fənərbaxça” klubunu martın 1-də qəbul edəcək.

 

Voleybol Mərkəzində baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq.

 

Qeyd edək ki, “Fənərbaxça” – “Azəryol” görüşü fevralın 25-də oynanılacaq.