[b]“Fənərbaxça”nın oyununda Xocalı faciəsi yad ediləcək[/b]
25.02.2014 - 16:56
“Azəryol” bu gün CEV kubokunun 1/2 final mərhələsinin “Fənərbaxça” ilə ilk oyununda Xocalı faciəsini yad edəcək. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi İstanbulda baş tutacaq matça qara sarğı ilə çıxacaq.
Məqsəd bu dəhşətli faciəni dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmaq olacaq. Burhan Fələk Voleybol Salonuna gələcək azarkeşlər isə Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı şəhidlərimizin xatirəsinə hörmət olaraq “Xocalıya Ədalət” yazılmış köynəklər geyinəcəklər.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
0
0