“Biz Çempionlar Liqasında ilk dəfə çıxış edirik. Hədəfimiz yarışı gözəl sonluqla bitirməkdir”. Apasport.az saytının məlumatına görə, bunu “İqtisadçı”nın baş məşqçisi Bülənt Karslıoğlu deyib.
Türkiyəli çalışdırıcı Çempionlar Liqasının I pley-off mərhələsində ilk oyunları ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, sabah “Vakıfbank”la (Türkiyə) görüşdə ən yaxşı oyunlarını göstərməyə çalışacaqlar: “Pley-offa yüksəlməyimizin özü böyük bir nəticədir. Biz “Vakıfbank”la matçda nə qədər çox təcrübə toplasaq bir o qədər yaxşıdır. Bir çox klublar bizim yerimizdə olmaq istəyərdi. Avropanın ən yaxşı 12 komandası arasında 2 Azərbaycan klubunun olması sevindirici haldır. Rəqibimizin gücü hamıya məlumdur. Onlar uzun müddət ərzində stabilliklərini itirməyiblər. Ən yaxşı oyunumuzu göstərib, lazımı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Deyə bilərəm ki, gözəl matç olacaq və Bakıdakı azarkeşlər oyunu izləməkdən zövq alacaqlar”.
Qeyd edək ki, “İqtisadçı” – “Vakıfbank” qarşılaşması saat 18:00-da başlayacaq.
“Gözəl matç olacaq, azarkeşlər oyundan zövq alacaqlar”
15.01.2014 - 14:05
0
0