“Kuboku Türkiyəyə aparmaq istəyirik”
16.03.2014 - 01:36
“Kuboku Türkiyəyə aparmaq istəyirik”

“Biz yenə komanda oyunumuzu ortaya qoyduq və yaxşı mübarizə apardıq”. Apasport.az saytının məlumatına görə, bunu “Vakıfbank”ın voleybolçusu Gizem Karadayı deyib.

 

İstanbul klubunun oyunçusu Bakıda keçirilən “Dördlər finalı”nın yarımfinalında “Əczaçıbaşı” ilə görüşdə qələbələrini (3:1) şərh edib: “Bu gün qalib gəlməyi bacardıq. Sabah da kuboku qazanmaq üçün savaşacağıq. Əlimizdən gələn hər şeyi edəcəyik. Kuboku Türkiyəyə aparmaq istəyirik”.

 

Qeyd edək ki, “Vakıfbank” bu gün finalda Kazan “Dinamo”su ilə oynayacaq.

0