“Lokomotiv” daha bir voleybolçusunun “qələmini qırıb”. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” ötən mövsümün uğursuzlarından amerikalı Aleksis Krimeslə də vidalaşıb.
Bakı təmsilçisi 28 yaşlı blokçunun xidmətində maraqlı olmadığı üçün müqaviləni uzatmağa ehtiyac görməyib. Nəticədə Krimes yenidən İtaliyaya üz tutub. Lakin o, “Lokomotiv”ə gəldiyi “Foppapedretti” ilə deyil, “Kasalmaqqiore” ilə danışıqlar aparır.
Qeyd edək ki, son mövsümdə yarımfinal mərhələsinə belə yüksələ bilməyən “Lokomotiv” Krimesdən öncə Suzana Sebiç (Serbiya), Mariya Filipova (Bolqarıstan), Katarina Barun (Xorvatiya), Milena Radeçka (Polşa), Aleksandra Samoylova (Rusiya) və Tereza Matuşkova Rossi (Çexiya) ilə vidalaşmışdı.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO