“Lokomotiv” üçün italiyalı
11.11.2014 - 09:02
Qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinin ilk oyunlarını idarə edəcək hakimlər bilinib. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası Bakının “Lokomotiv” klubunun Almaniya “Rote Roben”i ilə görüşünü İlaria Vaqniyə (İtaliya) həvalə edib.
Filsbiburq Sarayında baş tutacaq oyunda ikinci hakim funksiyasını islandiyalı Saevar Mar Qudmundsson yerinə yetirəcək.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 22:00-də başlayacaq.
0
0