“Mən İtaliyaya gəldiyim üçün çox şadam. “Foppapedretti” dünya voleybol tarixində ən yaxşı klublardandır”. Apasport.az saytının məlumatına görə, bunu polşalı voleybolçu Milena Radeçka deyib.
Son mövsümdə “Lokomotiv”lə uğursuzluğa düçar olan toppaylayıcı Azərbaycanda gedişinə sevinib. O Bakı klubunu “Foppapedretti”yə dəyişməsinin səbəbini də açıqlayıb: “A seriya çox yüksək səviyyədədir və burada dünyanın ən yaxşıları oynayır. Buraya gəlməyimin də məqsədi gənclərlə təcrübəmi bölüşmək, yeni mövsümdə komanda ilə uğur qazanmaqdır”.
Qeyd edək ki, Radeçka “Lokomotiv”dən öncə - 2012/2013 mövsümündə “Azərreyl”də oynayıb və Super Liqanın gümüş medalını qazanıb.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO