“Öncə derbi, sonra Çempionlar Liqası...”
17.01.2014 - 10:16
“Öncə derbi, sonra Çempionlar Liqası...”

“İqtisadçı” ilə görüşdə I pley-off mərhələsinə üstünlüklə başladıq. Rəqibimizlə ikinci matçda da qələbə qazanaraq, daha bir mərhələ adlamaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Vakıfbank” voleybol klubunun baş məşqçisi Covanni Quidetti deyib.

 

Təcrübəli mütəxəssis Çempionlar Liqasının 1/6 final mərhələsi çərçivəsində “İqtisadçı” ilə oyuna münasibət bildirib. Onun sözlərinə görə, Bakı təmsilçisi ilə cavab görüşündən öncə Türkiyə Super Liqasının XIII turunda derbi daha vacibdir: “Çünki ikinci oyundan öncə “Qalatasaray”la qarşılaşacağıq. Bu görüşdə ən yaxşı nəticəni əldə etmək istəyirik. Sonra isə “İqtisadçı” ilə oyunun hazırlıqlarına başlayacağıq”.

 

Qeyd edək ki, ilk görüşdə 0:3 hesabı ilə uduzan “İqtisadçı” cavab oyununa yanvarın 22-də İstanbulda çıxacaq.