Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqasının X turunun Sloveniya ilə oyununda məğlubiyyətinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, bunu komandamızın baş məşqçisi Aleksandr Çervyakov açıqlayıb.
O bildirib ki, yığmamız ilk 2 setdəki qələbə qazandıqdan sonra arxayınlığın qurbanı olub: “Voleybolçularımız 2 setdən sonra arxayınlaşdı. Onlar qələbə qazanacağımıza çox tez inandı. Məğlubiyyətimizin əsas səbəbi də budur. Sloveniya yığması da çox istəkli idi. Onlar oynamaq və qalib gəlmək istəyirdi. Buna görə də sonda rəqibimiz qalib gəldi”.
Qeyd edək ki, yığmamız 2:0 öndə olduğu qarşılaşmanı 2:3 hesabı ilə uduzub.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO