“Oyunçuları da qınaya bilmərik”
07.07.2014 - 09:19
“Oyunçuları da qınaya bilmərik”

“Azərbaycanla 2-ci oyunumuz da bir gün əvvəlki matç kimi keçdi. Hiss olunurdu ki, voleybolçularımız yorulub”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Sloveniya millisinin baş məşqçisi Bruno Naydiç deyib.

Balkanlı mütəxəssis Avropa Liqasının Azərbaycanla 2-ci qarşılaşması haqda fikirlərini açıqlayıb: “Bu yorğunluqdan da səhvlər yaranırdı. Lakin oyunçuları da qınaya bilmərik. Onlar 70 gündür bir yerdədirlər. Belə vəziyyətdə onların enerji tapması fantastika olardı. Lakin yenə də oyunda dönüş yarada bildik. Bu qələbə bizim üçün böyük uğurdur”.

Qeyd edək ki, ilk oyunda Azərbaycan millisi 3:0, 2-ci matçda isə Sloveniya 3:2 hesabı ilə qalib gəlib.