Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Aleksandr Çervyakov yetirmələrinin Avropa Liqasında uğursuz çıxışının səbəblərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu yarışda əsas çalışdırıcı funksiyasını yerinə yetirən mütəxəssis qrupda sonuncu olmalarını komandasının təcrübəsizliyi ilə bağlayıb.
O bildirib ki, ötən həftə Türkiyəyə ardıcıl 2 məğlubiyyətin əvəzini Bakıda çıxmaq arzusundadırlar. Çervyakovun sözlərinə görə, bu oyunlar öncəsi əsas məqsədi komandasında özünə əminlik yaratmaqdır: “Türkiyəyə uduzduğumuz ikinci görüşdə komandamızın çox da zəif olmadığını gördüm. Bununla belə oyunçularım çox gənc və hələ təcrübəsizdirlər. Ona görə də yetirmələrim səhvlərlə yadda qaldılar. Buna baxmayaraq, komandamızın hər bir üzvü öz səhvlərindən nəticə çıxarır, dəyərli təcrübə əldə edirlər. Qarşıdakı görüşlərdə yaxşı oynamaq üçün lazımı motivasiya əldə ediblər”.
Qeyd edək ki, ilk qarşılaşmada 0:3, ardınca 1:3 hesabı ilə uduzduğumuz “ay-ulduzlular”la Bakıda iyunun 27-də və 28-də qarşılaşacağıq.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO