Qadın voleybolçular arasında Türkiyə Superliqasında XXI tura start verilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində “Əczaçıbaşı” “Qalatasaray”ın qonağı olub.
Qarşılaşma Bakıda keçiriləcək Çempionlar Liqasının “Dördlər finalı”nın iştirakçısının qələbəsi ilə başa çatıb. Belə ki, “Qalatasaray” ikinci setdə hesabı bərabərləşdirsə də, “Əczaçıbaşı” yekunda xal itirməyib - 3:1 (25:20; 22:25; 25:17; 25:15). Bununla da onlar 52 xalla 3-cü pillədəki yerlərini qoruyublar.
“Əczaçıbaşı”nın yarımfinaldakı rəqibi “Vakıfbank” isə turnir cədvəlinə başçılıq edir. İstanbul təmsilçisi turun oyununu fevralın 26-da keçirərək, “Sarıyer Bələdiyyəsi”nə 3:0 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, “Dördlər finalı” martın 15-16-da olacaq.