“Rabitə” ilə oyun öncəsi növbəti qələbə
06.03.2014 - 10:09
“Rabitə” ilə oyun öncəsi növbəti qələbə

Qadın voleybolçular arasında Rusiya Superliqasında XV tura start verilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Kazan “Dinamo”su “Fakel”i qəbul edib.

 

Görüş ev sahiblərinin asan qələbəsi ilə başa çatıb - 3:0 (25:12, 25:12, 25:18). Bu qələbədən sonra aktivindəki xalının sayını 41-ə yüksəldən “Dinamo” turnir cədvəlində liderliyini davam etdirir.

 

Qeyd edək ki, Kazan təmsilçisi Çempionlar Liqasının yarımfinalında “Rabitə”nin rəqibidir. Bu komandalar Bakıda keçiriləcək “Dördlər finalı”nın ilk günündə - martın 15-də üz-üzə gələcəklər.