“Rabitə” macara, “Azəryol” belarusa əmanət
08.11.2014 - 12:09
“Rabitə” macara, “Azəryol” belarusa əmanət

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin I turunu idarə edəcək hakimlərin adları məlum olub. Apasport.az saytının məlumatına görə, mövsümə Polşada “Ximik”lə oyunla start verəcək Azərbaycan çempionu “Rabitə”ni meydana macarıstanlı Jolt Mezöffi çıxaracaq.

 

Ona Ahti Huntaniska (Finlandiya) edəcək.

 

“Azəryol”un “Nant”la (Fransa) qarşılaşmasında isə əsas söz sahibi Yuri Bakunoviç (Belarus) olacaq. Bakıda olacaq matçda ikinci hakim funksiyasını rusiyalı Yevgeni Makşanov yerinə yetirəcək.

 

Qeyd edək ki, hər 2 görüş noyabrın 12-də keçiriləcək.