Azərbaycan çempionu “Rabitə” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin növbəti transferi Kubadan olub.
Belə ki, “Rabitə” 25 yaşlı Ana Klegeri rənglərinə bağlayıb. Əsas mövqeyi toppaylayıcı olan, lakin hücumda da oynaya bilən 183 sm boya malik mərkəzi amerikalı ilə 5 illik müqavilə bağlanılıb. Kleger əsasən yerli “Santiaqo de Cuba” klubunda çıxışı ilə tanınıb.
Ona Katarjina Skorupanın əvəzləyicisi kimi də baxmaq olar. Çünki əlindən əməliyyat olunduğundan polşalı toppaylayıcının meydana bir qədər gec dönəcəyi gözlənilir.
Qeyd edək ki, Ananın gəlişi ilə “Rabitə”də oyunçuların sayı 19-a çatıb. Bakı təmsilçisi ona qədər Katarjina Skovronska, Aurea Kruz, Nataşa Krsmanoviç (hər üçü 1 il), Katarjina Skorupa və Nutsara Tomkomla (2 il) da anlaşmanın müddətini uzatmışdı. Həmçinin, müqaviləyə əsasən Brenda Kastillo, Foluke Akenradevo (daha 1 il), Rozanna Giel Ramos, Yoana Palasio Mendoza, Salas Vilma Rosell, Xiselye da Silva Franko ( hamısı 5 il), Tori Dikson, Gina Mankuso, Kristi Cekson, Kayla Banvart, Britni Kuper, Reyçel Rurk və Dora Horvat (hamısı daha 2 il) da “Rabitə”yə məxsusdur.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO