“Biz oyuna istədiyimiz kimi qoşula bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Ximik” klubunun baş məşqçisi Cüzeppe Kuçarini deyib.
İtaliyalı mütəxəssis Çempionlar Liqasının ilk turunda “Rabitə” ilə oyunu şərh edib. O bildirib ki, 3:0 hesabı ilə qalib gəldikləri matça yaxşı başlamasalar da, ardınca öz oyunlarını tapıblar.
Kuçarininin sözlərinə görə, yarışda debüt edən komandası lazımı dəyişikliklərin sayəsində vacib qələbə qazanıb: “Ölkə çempionatı ilə Çempionlar Liqası arasında böyük fərqlər var. Anna Verblinska və Aqniezka Berdarek-Kasanın servisləri sayəsində oyunumuzda dəyişiklik edə bildik. Bu da qələbəmizi təmin etdi”.