“Rabitə”nin voleybolçusu “Sərhədçi”dəki qalmaqaldan danışıb, üzr istədi
09.06.2014 - 13:15
“Rabitə”nin voleybolçusu “Sərhədçi”dəki qalmaqaldan danışıb, üzr istədi

“Sərhədçi” Olimpiya Mərkəzində WSB-nin final görüşündə “Baku Fires” – “Cuba Domaderos” izləyənlər arasında yer almışdıq. Burada əsas məqsədimiz Kubadan tanıdığımız boksçulara dəstək olmaq, maraqlı görüşləri canlı izləmək idi. Çünki Bakı klubunun heyətində də güclü idmançılar yer almışdı”. Bunu apasport.az saytına açıqlamasında “Rabitə”nin kubalı voleybolçusu Salas Vilma Rosell deyib.

 

4-cü zona oyunçusu ölkə mətbuatında haqqında yayılan məlumatlara aydınlıq gətirib. Rosell bildirib ki, onun hərəkəti səhv başa düşülüb: “Biz orada yer alan zaman tribunadan bir nəfər bizi durmadan qıcıqlandırırdı. Bu səbəbdən mən də həmin azarkeşə jest etmək məcburiyyətində qaldım. Çünki hərəkətlərindən təhqir etdiyi, yaxşı sözlər demədiyi hiss olunurdu. Bunun digər tamaşaçılara heç bir adiyyatı yoxdur. Çünki biz Azərbaycanda oynayırıqsa, ölkənin bütün qaydalarına əməl etməliyik. Məqsədimiz də “Rabitə”nin heyətində ölkənizin bayrağını göylərə qaldırmaq, çıxış edəcəyimiz yarışlarda daima yüksək tutmaqdır. Biz bu amalla da Bakı klubuna gəlmişik. Əgər həmin hərəkətim kiminsə xətrinə dəyibsə, üzr istəyirəm”.