"Azərbaycana məğlub olsaq da, şansımız qalıb"
25.09.2014 - 17:28
“Hər 2 komanda üçün çətin oyun oldu. Amma məğlubiyyətə baxmayaraq, iddiamızdan ən çəkən deyilik”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Puerto-Riko millisinin baş məşqçisi Xose Mieles dünya çempionatının III turunda Azərbaycanla oyundan sonra deyib.
Təcrübəli mütəxəssis 2:3 hesablı məğlubiyyətdən sonra bildirib ki, yığmamız layiq olduğu qələbəni qazanıb: “Buna baxmayaraq, ikinci mərhələyə yüksəlmək şanslarımız qalıb. Növbəti 2 matçda lazımı xalları qazanaraq, istəyimizi həyata keçirəcəyik”.
0
0