[b]“İqtisadçı”nın kapitanı “Azəryol”da[/b]
02.07.2014 - 10:45
[b]“İqtisadçı”nın kapitanı “Azəryol”da[/b]

Yeni mövsümə hazırlaşan “Azəryol” növbəti transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, qadın voleybolçular arasında Çempionlar Liqasında çıxış edəcək paytaxt təmsilçisi Onuma Sittirakla müqavilə imzalayıb.

 

Heyətini qorumaqda çətinlik çəkən və böyük ehtimalla yeni mövsümdə autsayderlərdən olacaq “İqtisadçı”nın kapitanı növbəti 1 il ərzində “Azəryol”un uğurları üçün çalışacaq. Tailand yığmasının voleybolçusu 2 ildir şərəfini qoruduğu universitet komandasını daha iddialı kluba dəyişib.

 

Qeyd edək ki, 28 yaşlı hücumçu ilə Braziliyanın “Osasko” klubu da maraqlanırdı.