Avropa Həndbol Federasiyası (EHF) beynəlxalq dərəcəli hakimlərimiz Emil və Ernest Ağakişi qardaşlarına növbəti təyinatları açıqlayıb. Apasport.az saytının məlumatına görə, komandalarımızın qitə kuboklarında zəif çıxışına baxmayaraq, bütün yarışlara dəvət alan həmyerlilərimiz bu dəfə Lüksemburqa səfər edəcəklər.
Belə ki, qardaşlar yerli “Düdelanj”ın Danimarka təmsilçisi “Holstebro” ilə qarşılaşmalarında ədaləti qoruyacaqlar. Razılaşmaya əsasən hər iki matç Lüksemburqda keçiriləcək və Emillə Ernest noyabrın 15 və 16-da baş tutacaq görüşlərdə referilik edəcəklər. Bu matçlar qadınlar arasında EHF kubokunun III təsnifat mərhələsində keçiriləcək.
Həmyerlilərimizin işinə qiyməti isə çexiyalı Petr Novak qiymət verəcək.