[b]Aurea Kruz: Yaxşı oynaya bilərdik[/b]
13.11.2014 - 10:19
“Biz öz oyunumuzu göstərə bilsəydik, qarşılaşma fərqli bitə bilərdi. Oyuna yaxşı konsentrasiya olmuşduq”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Aurea Kruz deyib.
Bakı təmsilçisinin kapitanı Çempionlar Liqasında Polşa “Ximik”inə 0:3 hesablı məğlubiyyətə münasibət bildirib. Onun sözlərinə görə, oyunun belə nəticələnəcəyini gözləmirlərmiş: “Məğlubiyyət mənim üçün sürpriz oldu. Halbuki, biz “Ximik”lə daha yaxşı oynaya bilərdik. Mövsümün ilk oyunu olduğunu nəzərə alsaq, qarşıdakı görüşlərdə yaxşıya doğru gedib, dəyişiklər edə bilərik”.
0
0