[b]Azərbaycanın Çexiya və Litva ilə oyunlarının vaxtı dəqiqləşdi[/b]
28.08.2014 - 14:54
[b]Azərbaycanın Çexiya və Litva ilə oyunlarının vaxtı dəqiqləşdi[/b]

Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin DÇ-2015-in seçmə mərhələsindəki oyunlarının başlama günü dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın yer aldığı IV qrupun görüşləri ev-səfər prinsipi ilə keçirilməyəcək.

 

Azərbaycan, Litva və Çexiyanın yer aldığı qrupa sonuncular ev sahibliyi edəcəklər. Qarşılaşmalar noyabrın 28-30-da Olomouts şəhərində təşkil olunacaq.

 

Komandamız ilk turda ev sahibləri ilə üz-üzə gələcəklər. Həndbolçularımız ardınca - noyabrın 29-da Litva millisini sınağa çəkəcəklər. Qrup mərhələsinin son oyununda isə çexiyalılarla litvalılar münasibətlərinə aydınlıq gətirəcəklər.

 

Qarşılaşmaların başlama saatı bugünlərdə açıqlanacaq.

 

Qeyd edək ki, 2015-ci ildə Danimarkada keçiriləcək dünya çempionatının seçmə mərhələsində yalnız qrup qalibləri pley-offa vəsiqə qazanacaqlar.