[b]Çempionlar Liqasının püşkatmasının vaxtı dəqiqləşdi[/b]
03.06.2014 - 08:06
Voleybol üzrə Çempionlar Liqasının püşkatma mərasiminin vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin püşkü iyunun 27-də atılacaq. Avstriyanın paytaxtı Vyanada baş tutacaq tədbirdə həm kişi, həm qadın komandaların rəqibləri bəlli olacaq.
Qeyd edək ki, Azərbaycan Çempionlar Liqasının yeni mövsümündə 2 komanda ilə təmsil olunacaq. Yarışda ölkəmizin idman şərəfini Super Liqanın finalçıları - “Rabitə” və “Azəryol” qoruyacaq.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO
0
0