Qadın voleybolçular arasında dünya çempionatının final mərhələsinin qrup oyunlarının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, İtaliyanın Bari şəhərində keçiriləcək görüşlərin təqvimi Azərbaycan millisi üçün heç də ürəkaçan olmayıb.
Belə ki, ilk tur istisna olmaqla, yığmamız digər 4 matça yerli vaxtla saat 10:30-da çıxacaq. 2 matç arasında 6,5 saatlıq fərq isə yığmamızın baş məşqçisi Faiq Qarayev tərəfindən etirazla qarşılanıb. O, təqvimin qurulmasından öz narazılığını dilə gətirib.
D qrupu, Bari
23 sentyabr
I tur
13:30. Çin – Puerto-Rika
20:00. Yaponiya – Azərbaycan
23:00. Kuba – Belçika
24 sentyabr
II tur
13:30. Çin – Azərbaycan
20:00. Belçika – Yaponiya
23:00. Puerto-Rika – Kuba
25 sentyabr
III tur
13:30. Puerto-Rika – Azərbaycan
20:00. Kuba – Yaponiya
23:00. Belçika – Çin
27 sentyabr
IV tur
13:30. Azərbaycan – Belçika
20:00. Yaponiya – Puerto-Rika
23:00. Çin – Kuba
28 sentyabr
V tur
13:30. Azərbaycan – Kuba
20:00. Yaponiya – Çin
23:00. Belçika – Puerto-Rika
Qeyd edək ki, matçlar Bakı saatı ilə göstərilib. Qrup mərhələsində isə ilk 4 pilləni tutacaq millilər mərhələ adlayacaq.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO