Faiq Qarayev yekun heyəti açıqladı
14.05.2014 - 14:56
Faiq Qarayev yekun heyəti açıqladı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin “12-liyi” müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın ilkin açıqlanan siyahısından 7 nəfər kənarda qalacaq.

 

Belə ki, baş məşqçi Faiq Qarayev Avropa çempionatının ikinci təsnifat mərhələsində Natavan Qasımova, Yekaterina Jidkova, Yana Ağayeva, Polina Rəhimova, Anastasiya Qurbanova, Ceyran Əliyeva, Ayşən Abduləzimova, Oksana Kiselyova, Oksana Parxomenko, Yelena Parxomenko, Natalya Məmmədova və Kseniya Kovalenkoya şans verəcək.

 

Qeyd edək ki, Avro-2015-in II təsnifat mərhələsi mayın 22-də Bolqarıstanda start götürəcək. Qrupumuzda ev sahibləri ilə yanaşı, Portuqaliya və Yunanıstan yığmaları yer alıblar. Seçmə mərhələnin II dövrəsinə isə Bakı ev sahibliyi edəcək.