[b]İlk medal və ilk lisenziya[/b]
31.05.2014 - 18:43
Azərbaycan yığması Bakıda keçirilən atletika üzrə Avropa Təsnifat Turnirində ilk medalını qazanıb. Apasport.az saytının məlumatına görə, qızlar arasında 3000 metr məsafəyə qaçış yarışlarında atletimiz Behafeta Hadiyes gümüş medala sahib olmaqla yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziyanı təmin edib.
Təmsilçimiz 3000 m məsafəni 9 dəqiqə 34 saniyəyə qət edib. Bu növdə turnirin qalibi Almaniya təmsilçisi Alina Reh olub (9 dəqiqə 26 saniyə). Rumıniyalı Maria Maqdalena İfteni bürünc medalla kifayətlənib (9 dəqiqə 36 saniyə).
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO
0
0